Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-13 09:57:00
BMU-nun rektoru hindistanlı qonaqlarla görüşüb

Bakı Mühəndislik Universitetinin (BMU) rektoru, professor Havar Məmmədov Hindistanın Dr. D.Y. Patil adına İdarəetmə Elmləri İnstitutunun direktoru, professor Ashutosh Misal, İdarəetmə şöbəsinin direktoru Bharat Chavan Patil və “SAMViT” Konsaltinq şirkətinin direktoru Pushkar Kulkarni ilə görüşüb.

AzEdu.az xəbər verir ki, universitet haqqında qonaqlara ətraflı məlumat verən rektor, BMU-da mühəndislik, iqtisadiyyat və pedaqoji ixtisaslar üzrə mütəxəssis hazırlığının həyata keçirildiyini diqqətə çatdırıb. BMU-nun fəaliyyət istiqamətlərinə, həmçinin geniş beynəlxalq əlaqələrinə toxunan H.Məmmədov adıçəkilən institutla əməkdaşlığın daha da inkişafı üçün ortaq proqram və layihələr hazırlamaq, tələbə-müəllim mübadiləsi, konfranslar təşkil etmək, eləcə də birgə elmi-tədqiqatlar aparmağın mümkünlüyünü fikirlərinə əlavə edib.

Nümayəndə heyətinin rəhbəri Dr. D.Y. Patil adına İdarəetmə Elmləri İnstitutunun direktoru, professor Ashutosh Misal səmimi qəbula görə minnətdarlığını bildirib və institut barədə məlumat verib. Prof. A.Misal qeyd edib ki, təmsil etdikləri institut, Azərbaycanda ilk əməkdaşlığı BMU ilə Əməkdaşlıq müqaviləsi imzalamaqla başlayıb.

Qonaqlar, həmçinin Hindistanda xaricdə, xüsusilə Azərbaycanda təhsil almağa marağın artdığını vurğulayıblar və BMU ilə tələbə-müəllim mübadiləsində, ortaq proqram və layihələr hazırlamaqda maraqlı olduqlarını bildiriblər.

Görüşdə gələcək əməkdaşlıq imkanları, eyni zamanda 2020-ci ildə ortaq yay məktəbinin təşkili məsələləri və başqa istiqamətlər ətraflı müzakirə olunub.