Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-13 09:46:00
Sistem icad edildi – dənizin altında fasiləsiz oksigen tədarükü təmin ediləcək

Avstriyalı ixtiraçı Jörg Tragatschnig ExoLung sistemi ilə dalğıcları su altında üzməyə davam etdikcə sıxılmış havaya ehtiyac olmadan fasiləsiz oksigen ilə təmin etdiyini söyləyib.

AzEdu.az xəbər verir ki, ExoLung su səthindəki üzgəcdən aldığı havanı dalğıcın bədənindəki boruya bağlı olan 6 metrlik boru ilə ona çatdırır. Borunun içərisində isə dalğıcın ayaqlarındakı kəmərə bağlı nasos var. Dalğıc ayaqlarını uzadan zaman qayışlar nasosu yuxarı çəkir. Bu da onun ağciyər kimi havanı içəri çəkməsinə, suyu isə kənara atmasına səbəb olur.

Daha sonra dalğıc ayaqlarını çəkdikdə qayışlar dartılır və su təzyiqi nasosun suyu boruya yenidən doldurulmasına imkan verir. Beləliklə, hava sıxışdırılaraq nəfəs üçün hazır olur.

Dalğıc hərəkət etmədikdə hava dövranı təmin edilmir. Sistemin ixtiraçısı Tragatsching digər səth dəstəkli sistemlərinin batareya gücü və ya sıxılmış hava silindrləri ilə məhdudlaşdığını, ancaq ExOLungun dalğıcı güc mənbəyinə çevirdiyini və dalğıcların su altında 5 metrə qədər olan hissədə istədikləri qədər vaxt keçirməsini təmin edir.(Ted.az)