Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-12 17:10:00
Dünya xəritəsinə yeni dövlət əlavə olundu

Bu gün dünyada yeni dövlət meydana gəlib.

AzEdu.az xəbər verir ki, Buqenvil adasının sakinləri referendumda Papua-Yeni Qvineyadan ayrılmasının lehinə səs veriblər. Səsvermədə iştirak edənlərin 95 faizdən çoxu ayrılmağın tərəfdarı olub.

Buqenvil adası müstəqilli əldə etmək üçün 45 il mübarizə aparıb. Nəticədə bir neçə min adam həlak olub.

Buqenvilin dəyəri onun mineralları, xüsusən də mis mədənləri ilə əlaqələndirilir.

 

(Lent.az)