Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-12 13:26:00
Təhsil müəssisəsi açmaq üçün çox da böyük pul lazım deyilmiş – Rəsmi rəqəm

Azərbaycanda təhsil müəssisəsi açmaq istəyən şəxslər bir sıra prosedurlardan keçməlidirlər.

Fəaliyyət üçün lisenziyanın alınması da onlardan biridir. Hazırda lisenziya alınması üçün tələb olunan  dövlət rüsumları isə çoxlarına maraqlıdır.

AzEdu.az məlumat verir ki, bu məsələlər “Dövlət rüsumu haqqında” Qanunla tənzimlənir. Qanuna görə, ölkə ərazisində məktəbəqədər təhsil müəssisəsi açmaq istəyənlər 1250, ümumi təhsil müəssisəsi açmaq istəyənlət 10 000, peşə və orta ixtisas təhsili müəssisəsi açmaq istəyənlər isə lisenziya almaq üçün 2000 manat ödəniş etməlidirlər.

Universitet açmaq üçün isə 13 750 manat tələb olunur. Əlavə təhsil müəssisəsi açmaq üçün tələb edilən dövlət rüsumu 1500 manatdır.

Amma Dövlət rüsumu haqqında qanuna təklif edilən, I oxunuşda qəbul edilən dəyişikliyə görə, dövlət məktəbəqədər təhsil müəssisələri və ümumi təhsil müəssisələrinə lisenziya verilməsinə görə rüsum alınmayacaq.

Qeyd edək ki, təhsil müəssisəsinin fəaliyyəti üçün əsas sayılan lisenziya müddətsiz əsaslarla verilir. Təhsil müəssisəsinə  lisenziyanın verilməsindən aşağıdakı hallarda imtina edilə bilər:

-Ərizədə və ona əlavə olunmuş sənədlərdə qanuna uyğun olmayan məlumatlar olduqda;

-Ərizəçi lisenziya və icazə verilməsi şərtlərini yerinə yetirmədikdə.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları