Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-11 17:42:00
Texniki Universitetdə “Horizon 2020” proqramı üzrə maarifləndirici seminar

Dekabrın 11-də Azərbaycan Texniki Universitetində (AzTU) Avropa Komissiyasının “Horizon 2020” proqramı üzrə maarifləndirici seminar keçirilib. Seminarda AzTU-nun professor-müəllim heyəti, dekanlar və kafedra müdirləri iştirak ediblər.

AzTU-dan AzEdu.az-a bildirilib ki, tədbirdə prorektor Sübhan Namazov universitetin elmi-tədqiqat istiqamətlərindən danışıb, “Horizon 2020” proqramının Azərbaycan alim və mütəxəssisləri üçün əhəmiyyətini vurğulayıb.

Seminarda AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin rəisi Esmira Əlirzayeva Avropa Komissiyasının çərçivə proqramının növbəti “Horizon Avropa” mərhələsi, perspektivləri, “Şərq tərəfdaşlığı” ölkələri üçün nəzərdə tutulan yeniliklər haqqında məlumat verib.

Daha sonra AMEA-nın proqram üzrə milli əlaqələndirici şəxsləri Tofiq Babayev, Rövşən Kərəmov, İlham Hümbətov və Zaur Həsənov “Horizon 2020”nin proqramları haqqında iştirakçılara məlumat verib və sualları cavablandırıblar.

Seminarda proqram çərçivəsində hazırlanan layihələrdə iştirak qaydaları və maliyyə şərtləri haqqında danışılıb.