Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-11 16:15:00
Distant təhsil alanların diplomu niyə tanınmır?- Ən çox verilən sual

Xaricdə təhsil almaq bir çox gəncin arzusudur. Amma bəzən xaricdə təhsil alan  gənclərin diplomu Təhsil Nazirliyi tərəfindən tanınmır. Buna səbəblərdən biri də gənclərin tədris proqramını (ixtisası) seçən zaman müvafiq təhsilalma forması barədə əvvəlcədən dəqiq məlumata sahib olmamalarıdır.

Xatırladaq ki, xarici ali təhsil müəssisələrində təhsil alanlar  ixtisaslarının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üçün Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə müraciət edilməlidir.

Xaricdə distant  (Eksternat, onlayn) təhsil alanların diplomu Azərbaycan Respublikası ərazisində tanınır?

AzEdu.az xaricdə təhsil alan gənclərin nostrifikasiya prosedurları haqqında ən çox verilən suala cavabı təqdim edir:

Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən, distant və ya eksternat təhsilalma forması üzrə xaricdə ali təhsil almış şəxslərin aldıqları ixtisasların ölkə ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) mümkün deyil.

Bu baxımdan tədris proqramını (ixtisası) seçən zaman müvafiq təhsilalma forması barədə əvvəlcədən dəqiq məlumat əldə etməyiniz tövsiyə olunur.

Qeyd edək ki, ötən tədris ilində xarici ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi ( nostrifikasiyası) məqsədi ilə  3.629 müraciət  daxil olub. Əvvəlki illərdən icrası başa çatdırılmamış müraciətlər  də daxil olmaqla, 2018-ci ildə ümumilikdə 3.278 müraciətin  icrası yekunlaşdırılıb. Həmin müraciətlərdən 2313-ü təsdiqlənib.

Günel Yaşarqızı
Müəllifin digər yazıları