Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-11 16:01:00
Abituriyentlərə imtahanda  xarici dili seçmək şansı veriləcək?-Rəsmi CAVAB

 Buraxılış imtahanları öncəsi şagirdləri ən çox narahat edən məsələlərdən biri də xarici dil fənni ilə bağlıdır. Əksər şagirdlər bəzi dilləri daha yaxşı bildiyi üçün buraxılış imtahanında da məhz o fənn üzrə biliyini yoxlamaq istəyir.

Bəs buraxılış imtahanında şagirdlərə xarici dil seçimində sərbəstlik verilirmi?

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə qəbul imtahanlarında şagirdlərə xarici dili seçmək şansı veriləcək. Buraxılış imtahanlarında isə   məktəbdə şagirdlərə iki və ya daha çox xarici dil tədris olunursa, həmin şagirdlər  xarici dil fənni kimi həftə ərzində daha çox dərs saatı olan xarici dil  fənnindən imtahan verəcəklər.

Qeyd edək ki, I-V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinin, 11 illik bazada kolleclərin müsabiqəsində iştirak etmək istəyən və XI sinfi cari ildə bitirən abituriyentlər istənilən digər xarici dil fənnindən əlavə imtahan vermək istəyərlərsə, həmin abituriyentlərə xarici dil fənnindən əlavə imtahan vermək imkanı da yaradılacaq. Həmin abituriyentlərin buraxılış imtahanında əsas xarici dil fənnindən topladıqları bal təhsil sənədinə yazılacaq, xarici dil fənni üzrə əlavə verdikləri imtahandan topladıqları bal isə ali və orta ixtisas  təhsili müəssisələrinin müsabiqəsi zamanı nəzərə alınacaq.

Ayşə Müseyib