Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-11 13:29:00
Ölkəmizdə “Vikipediya” hərəkatı öz müsbət nəticəsini verir

Bu il Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən “Vikipediya”nın Azərbaycan dili bölməsində minlərlə məqalə yaradılıb, məqalələr əsaslı redaktə olunub.

AzEdu.az xəbər verir ki, bu barədə AZƏRTAC-a MEK-in direktor müavini, diaspor üzrə ekspert Elnur Eltürk məlumat verib.

O bildirib ki, “Vikipediya”nın xarici dil bölməsində Azərbaycanın tarixi, elm və mədəniyyət xadimləri, milli qəhrəmanları haqqında məqalələr yaradılıb. Gələn il “Vikipediya” hərəkatına üzv olacaq könüllülərin sayı artacaq. Əsas strateji hədəflərimizdən biri də hərəkatın ölkədə genişlənməsi və güclənməsidir.

“Bu yaxınlarda “Vikipediya”nın Azərbaycan dili bölməsi 49-cu pilləyə irəlilədi. Hazırda “Vikipediya”da 309 dil bölməsi fəaliyyət göstərir. 152 mindən çox məqalə mövcüddur. Uğurlu nəticənin əldə olunmasında burada azərbaycandilli “Vikipediya” icmasının fədakarlığı, əzmi və intellekti xüsusi qeyd edilməlidir. Bunu həm də “Vikipediya”nın Azərbaycan dili bölməsində kefiyyət, kəmiyyət dəyişikliyinin göstəricisi hesab etmək olar”,- deyə Elnur Eltürk qeyd edib.