Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-11 11:19:00
Bu universitetimiz Azərbaycanda ilkə imza atacaq –Rektordan açıqlama

“Elmsiz universitet texniki peşə məktəbindən və texnikumdan heç nə ilə fərqlənmir”.

AzEdu.az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Neft və Sənaye Univerisitetinin rektoru Mustafa Babanlı İctimai televiziyada yayımlanan  “Pressinq” verilişində  deyib.

O, universitetdə elmin əhəmiyyətindən danışıb.

“Elm universitetin ana xəttidir. Bütün təhsil elmin üzərində qurulmalıdır. Biz tək qeyri-səlis məntiqi yox, digər məsələləri də müasir elmi yanaşmalarla həll etməyə çalışmalıyıq.

Azərbaycanın məşhur alimi, dahi Lütfi Zadənin səyləri nəticəsində Azərbaycanda onun ideya məktəbi formalaşıb. Bunun da ən geniş təzahürü bizim universitetdədi.Ali məktəbimiz müasir  çağırışlara cavab verməklə bu tələbləri ödəyir. Universitetdə Hesablama Mərkəzi yaradılıb.

Verilənlər bazası deyilən anlayış mövcuddur. Onlardan istifadə etmək insan beyni ilə mümkün deyil.Bunun üçün Hesablama Mərkəzləri yaradılmalıdır.Bu məqsədlə ADNSU-da ECPS-i mərkəzləri yaradılıb. Biz dekabr ayının 25-də həmin mərkəzin açılışını edəcəyik. Bu mərkəz dünya qeydiyyatından keçib.O, dünyada 43-ü mərkəzdir. Yaxın ölkələrin heç birində bu tipli mərkəzlər yoxdur.Bu mərkəzdə süni intellektlə yaranmış məhsulları ortalığa çıxaracayıq.Azərbaycanın kosmosda 3 peyki var və  o peyklərdən gələn informasiyanın Kənd Təsərrüfatı Nazirliyi ilə həmin mərkəzdə emal edib elmi əsaslar ortalığa çıxaracayıq.Buna əsasən bilinəcək ki, hansı ərazilərdə nə tip məhsullar yerləşdirmək olar”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları