Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-11 10:43:00
Çinin Lançjou Neft-kimya kollecinin nümayəndələri ADNSU-da

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Çinin Lançjou Neft-kimya kollecinin prorektoru Liu Xingqinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

İkitərəfli münasibətlərin müzakirə olunduğu görüşdə rektor  ADNSU-da təhsil alan çinli tələbələrdən və tələbə mübadiləsindən söz açıb. Universitetdə hazırda 41 nəfər çinli tələbənin təhsil aldığını qeyd edən M.Babanlı onlar üçün yaradılan şəraitdən danışıb və əlaqələri daha da inkişaf etdirməyin əhəmiyyətini vurğulayıb.

ADNSU-da olmaqdan məmnun olduğunu deyən Çinin Lançjou Neft-kimya kollecinin prorektoru Liu Xingqin  əlaqələrin daha yüksək səviyyədə  və fərqli istiqamətdə davam etdirilməsinin önəmli olduğunu bildirib.