Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-11 09:34:00
Beynəlxalq və Respublika Olimpiadaları, YÖS, ALES, SAT və İELTS nəticələrində inqilab edəcək tədris mərkəzi –Uğur sirri

 

“Dərs saatlarımız digər kurslarla müqayisədə olduqca yüksəkdir. Ortalama olaraq, 17-18 saatlıq dərs prosesini həyata keçiririk”.

Bu sözləri AzEdu.az-a açıqlamasında “MATH Academy” tədris mərkəzinin rəhbəri, S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının riyaziyyat müəllimi Umud Babaşov deyib.

Umud Babaşov əvvəllər bir neçə tədris müəssisəsinə, eləcə də təhsil uğurlarına görə fərqlənən Heydər Əliyev adına liseyə rəhbərlik edib.

İxtisasca Riyaziyyatçıdır. Respublika və Beynəlxalq olimpiadalarda bir çox yetirmələri Azərbaycanı yüksək səviyyədə təmsil edib, müxtəlif   əyarlı medallar qazanıblar. Lakin Umud müəllimin həyata keçirdiyi vacib pedaqoji işlər arasında mühüm olanlardan biri də YÖS hazırlığıdır. Bu haqda bir qədər sonra...

Hazırda S.C. Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında Riyaziyyat müəllimi işləyən Umud müəllimin şah əsəri isə “MATH Academy”dir. Elə söhbətimizin də ana xəttini bu tədris mərkəzinin fərqli metodla uğurlu nəticələri, görülən və görüləcək işlər təşkil edəcək. Ondan əvvəl isə mərkəz rəhbəri Umud müəllimi daha yaxından tanıyaq:

“Riyaziyyata olan sevgim ailəm vasitəsi ilə formalaşıb; babam və atam  riyaziyyat müəllimi olublar. Babam rəhmətə gedən zaman deyib kaş nəvələrimdən biri bu sənəti davam etdirsin. Mən bu sözü valideynlərimdən eşidəndən sonra bu vəziyyəti  bir vəzifə, bir hədəf  olaraq çiyinlərimə götürdüm. Çox keçmədən  Respublika Riyaziyyat Olimpiadasının qalibi oldum.

BDU-nun tətbiqi riyaziyyat fakültəsini bitirdim. Daha sonra isə müəllimlik fəaliyyəti... Həm babamın vəsiyyətinə əməl etmişdim,  həm də sevdiyim işlə məşğul idim. Amma bunlarla da kifayətlənmək olmazdı!  Sonradan Təhsil Nazirliyinin olimpiada layihələrinə qoşulmağa başladıq. Yaxşı  nəticələr əldə etdik.

Hər şey göz qabağındadır: Uğurlu nəticələrimiz 2004-2013-cü illərdə oldu. Biz olimpiadada komanda şəklində təmsil olunduq. Mən riyaziyyat fənnini təmsil edirdim. Gümüş,bürünc və həvəsləndirici kimi medallar əldə etdik.

 Olimpiada uğurunun sirri

-Olimpiadada uğurlu nəticə əldə etmək üçün 7-ci sinifdən başlamaq lazımdır. Çünki beynəlxalq olimpiadalar, idman dili ilə desək, “dünya çempionatları” 10 və 11-ci siniflərdə həyata keçirilir. Odur ki, ən geci 7-ci sinifdən bu hazırlıqlara başlanması mütləqdir.

Təkliflər

O, yüksək ixtisaslı kadrların yetişməsi üçün zəruri detalları vurğulayıb:

“Zamanın tələbinə uyğun olaraq son 5 ildə təhsilin inkişafını təqaüd proqramlarında  görürəm. Çünki təhsil hazırda   dünyada elə bir mükəmməl səviyyəyə gəlib çıxıb ki, artıq yüksək ixtisaslı  kadrlar yetişdirmək məqsəd olub. Bu il  bir neçə tələbəmiz dünyanın müxtəlif ölkələrində oxumaq üçün təqaüd  qazandılar: biri Amerikaya, digəri isə Çinə...

Hə, onu da qeyd edim ki, Çinə təqaüd qazanmaq çox çətindir. Çünki ora dünyanın inkişaf edən ölkələrindən biridir. Onlar uşaqları 5-ci sinifdən etibarən az qala dahi kimi yetişdirirlər. Türkiyə və Avropanın müxtəlif ölkələrinə də təqaüd qazanan tələbələrimiz var.Tələbələrimiz  dünyanın müxtəlif ölkələrində təhsil alıb ölkəyə qayıdırlar .Onlar SOCAR-da və bir sıra nazirliklərdə işləyirlər.Cəmiyyətdə yeni nəsillər yetişdirmək adına  irəliyə doğru getməyə çalışırıq.

Müəllimlik fəaliyyətim dövründə  45 dəqiqəlik dərs içərisində fərqli dillərdən terminologiyaları mənimsətməyə çalışıram. Dərs ilinin sonuna doğru isə tələbələr bütün terminləri mənimsəmiş olurlar. Mən müxtəlif təhsil sistemlərindən nümunələr gətirərək tədris  prosesini həyata keçirirəm”.

“MATH ACADEMY”

 Umud Babaşov MATH Akademinin necə formalaşması haqqında məlumat verir.

-Dünyanın müxtəlif ölkələrində çalışan yoldaşlarımla bərabər bir zərurətin olduğunu hiss etdik. Çünki riyaziyyat  məktəbəqədər təhsildən tutmuş təhsilin bütün pillələrini əhatə edir. Həmçinin,  bir sıra beynəlxalq imtahanlarda  da  riyaziyyat var. Xaricə təhsil almağa gedən gənclər  imtahan verərkən mütləq şəkildə riyaziyyatdan da imtahan verirlər. “MATH Academy” adını da ona görə qoyduq ki, riyaziyyat bütün dünya şagirdləri, gəncləri üçün ortaq bir fəndir və o zəruri fənlər sırasındadır. Fəaliyyətlərimiz çox genişdir. Akademiyaya olan tələblər o qədər çox olur ki, bəzən onları çatdırmaqda çətinlik çəkirik. Buraya ibtidai sinif şagirdindən tutmuş, magistra qədər hamı müraciət edir.

“MATH Academy” olaraq, tək Azərbaycanda fəaliyyət göstərmirik.Özbəkistan, İran, Türkiyə və bir çox ölkələrdə fəaliyyət həyata keçiririk, lakin fərqli adlarda... Əsas sloqanımız “Study First Academy”-dür. Fəaliyyətimiz fərqli ölkələrdə ortaq riyaziyyat tədrisi üzərində qurulub. Xidmətlərimiz  təhsilə yönəlik istiqamətdədir. Əsas ağırlığımız YÖS,ALES,İELTS və SAT üzrədir. YÖS (Yabancı Öyrenci Sınavı) Türkiyədə bakalavr təhsili almaq üçün olan imtahandır.ALES akademik səviyyədə magistr təhsili almaq üçün həyata keçirilir. SAT isə həm Azərbaycan, həm də dünyanın başqa ölkələrində təhsil almaq üçündür.O bakalavr və magistra qəbul olunmaq üçün imkan yaradır. Müəllimlərimizin hamısı xarici ölkələrdə təhsil alan müəllimlərdir. Hətta bir çoxu bizim öz tələbələrimizdir.Hazırda valideynlərin də əsas hədəfi universitetə daxil olmaq olduğu üçün bu istiqamətdə ağırlığımız daha çoxdur.

Biz “MATH Academy” olaraq 3 aydır, fəaliyyətə başlamışıq. Bir neçə şirkət birləşərək bu akademiyanı yaradıb”.

Əsas hədəflər

-Hədəflərimiz dünyanın müxtəlif ölkələrinə savadlı kadrları göndərməkdir. Valideynlərin maddi imkanlarının nə dərəcədə olmasından aslı olmayaraq təqaüdlü təhsilə yönəlməyə üstünlük veririk. Çünki təqaüdlü təhsil çox perspektivlidir. Bu olduğu zaman tələbələrin gələcək iş əmsalları çox yüksək olur. Bizim il ərzində bəzi sınaq imtahanlarımız olur ki,burada yüksək nəticə əldə edən şəxslər təqaüdlə oxumaq imkanı əldə edirlər.Biz planlaşdırırıq ki, kursumuzun sınaq imtahanlarında yüksək nəticə əldə edənləri Türkiyənin çox inkişaf edən universitetlərinə təcrübə keçməyə göndərək. Məsələn, şagird Ankara universitetində oxumaq istəyir, biz onu öz büdcəmiz hesabına 10 günlük həmin təhsil müəssəsinə göndəririk.

Gələcək üçün əsas hədəflərimizdən biri Azərbaycanın müxtəlif bölgələrində kurslarımızn filiallarını açmaqdır.Həmçinin, dünyanın müxtəlif ölkələri ilə də əməkdaşlıq etmək istəyirik. Belə əməkdaşlıqlar həyata keçirildiyi zaman kadr mübadiləsini etmək daha da asanlaşır.

Biz tədrisin keyfiyyətini iki hissəyə bölmüşük. İlk olaraq mövzunu izah edirik. Lakin bu zaman hamıda eyni nəticəni ala bilmirik. Belə məqamda isə biz əlavə təhsildən istifadə edirik.Buna etüd təhsil də deyilir. Bu o deməkdir ki,  dərs zamanı başa düşülməyən mövzuları dərsdən sonra əlavə olaraq müəllimlər izah edirlər. Bu xüsusən də, riyaziyyat fənində özünü daha qabarıq göstərir. Burada fərdi yanaşma özünü daha çox biruzə verir. Buna görə də biz keçən ay 20-lik qruplarımızı 3-5 nəfər olmaqla kiçik qruplara parçaladıq.Bu da təhsilin keyfiyyətində müsbət irəlləyişlərə gətirib çıxardı. Dərs saatlarımız digər kurslarla müqayisədə olduqca çoxdur.Ortalama olaraq 17-18 saatlıq dərs prosesini həyata keçiririk. Magistr təhsilində dərs deyən müəllimlərimiz təhsillərini Avropanın müxtəlif ölkələrində alıblar. Onların İELTS səviyyəsi 7 və 7.5-dir.

Dərslərimiz texnoloji sistem üzərində həyata keçirilir. Biz onları xarici ölkələrdən gətiririk. Son texnoloji avadanlıqlarla dərs prosesini həyata keçiririk. Dərslərimiz sinif otaqları və özəl dərs otaqlarında tədris edilir. Kollektivimizdə say olaraq 15 nəfər müəllim fəaliyyət göstərir”.

Uğurun sirri

-Maraqlar  və zövqlər mütləq şəkildə olmalıdır. Bizdə  müəllim və şagird kollektivi arasında o qədər gözəl sevgi və münasibət var ki, mən buna sadəcə, heyrət edirəm. Sevgi və səmimiyyət müəllim və şagirdlər arasında mütləq şəkildə olmalıdır”.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları