Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-10 09:22:00
Robot iflic insanları müalicə edəcək

Yaponiyanın "Toyota Motor Corporation" şirkəti tərəfindən yaradılan "Welwalk WW-2000" robotu iflic olan insanları reabilitasiya etmək üçün hazırlanıb.

AzEdu.az  ted.az-a istinadən bildirir ki, bu robot daha əvvəl hazırlanmış "Welwalk" seriyasının inkişaf etdirilmiş modelidir.

"Welwalk WW-2000" özünün sələfi olan "Welwak WW-1000" modeli ilə eyni vəzifələrin öhdəsindən gələ bilir. Həmçinin yeni maşın daha yüksək səmərəliliyi olan reabilitasiya tədbirlərini həyata keçirmək bacarığına malikdir.

Bundan əlavə, mütəxəssislər yeni modelin saxlanmasının və yığılmasının daha asan olduğunu, bu səbəbdən tibb müəssisələrində robotların "fəaliyyəti"nin daha da genişlənəcəyini qeyd ediblər.

Robot müəyyən dərəcədə iflic olmuş xəstələrin reabilitasiyasında həkimləri və mütəxəssisləri əvəz edə biləcək. "Welwalk WW-2000" mütəxəssislərə reabilitasiyanın gedişatını izləmək və lazımi düzəlişlər etmək imkanı verən çoxsaylı kameralarla təchiz olunub. Həmçinin yeni model robotda xəstələrin hərəkətlərinin düzgün şəkildə tənzimlənməsi üçün motivasiya oyunları da quraşdırılıb.

Xatırladaq ki, "Toyota Motor Corporation" 2007-ci ildən xəstələrin reabilitasiyası üçün robotlar yaradır. 2018-ci ildə 8-ci mükafatını alan "Welwalk WW-1000" modeli hazırda Yaponiyanın 80 tibb məntəqəsində istifadə olunur.