Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-14 12:51:06
Müəllimlər yazır - AzEdu.az-dan yeni layihə

AzEdu.az təhsil portalı “Gənc müəllim” şəbəkəsi ilə əməkdaşlığa başlayır. Əməkdaşlığın əsas məqsədi təhsilin inkişafına və müəllimlərin fəaliyyətinə dəstək olmaqdır.

Bu istiqamətdə ilk addımlardan biri müəllimlərə sərbəst yazılarının portalda yayımlanmasına və onların daha geniş auditoriyaya çıxmasına şərait yaradılmasıdır. Bu, onların gördükləri işin cəmiyyətdə daha çox tanınmasına, gələcək fəaliyyətlərində yeni stimulun formalaşmasına dəstək olacaq.

Əziz müəllimləri daha aktiv olmağa çağırır, bilik və bacarıqlarını təkcə dərs dedikləri siniflərdə deyil, eləcə də minlərlə oxucu kütləsi ilə bölüşməyi təklif edirik.

Qeyd edək ki, yazılarınızı [email protected] ünvanına göndərə bilərsiniz. Xüsusilə bildirək ki, daha öncə heç yerdə yayımlanmamış yeni materiallar dərc ediləcək.

Fəaliyyət sizdən, dəstək bizdən.

Aşağıdakı istiqamətlər üzrə yazılara üstünlük veriləcək:

- Təhsilin inkişafı istiqamətində təkliflər və yeni yanaşmalar

- Araşdırma yazıları

- Təhsildə yeniliklər və onların təcrübədə istifadə olunması

- Şagirdlərlə əlaqələrin gücləndirilməsi

- İnnovativ dərs metodları

- İctimai fəaliyyət

- Elmi araşdırmalar