Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-09 13:19:00
Məktəb direktoru danışdı: Qızım intihar etməyib, ayağı sürüşüb"

Azərbaycan millisinin və "Keşlə"nin müdafiəçisi İlkin Qırtımovun bacısının intiharı ilə bağlı atası, Zaqatala rayon Aşağı Tala kənd 3 saylı orta məktəbin direktoru İlham Qırtımov açıqlama verib.

AzEdu.az xəbər verir ki, İlham Qırtımov Unikal.org-a bildirib ki, qızı intihar deyil, bədbəxt hadisə nəticəsində dünyasını dəyişib:

“Sevinc Yasamalda oğlum ilə ("Keşlə"nin müdafiəçisi İlkin Qırtımov) birlikdə yaşayırdı. Hadisə Yasamalda binanın 18-ci mərtəbəsində baş verib. Bir neçə gün idi, qızım mədəsindən şikayət edirdi. Buna görə də müalicə üçün iynə-dərman etdirirdi. Qızım evin içində qaytarmağa başlayıb. Özünü pis hiss etdiyindən hava almaq üçün evin eyvanına çıxıb. Yenidən  qaytaranda ayağı sürüşüb və aşağı düşüb.(ağlayır)”. 

İlham Qırtımov övladının subay olduğunu, Azərbaycan Milli Konservatoriyasında çalışdığını bildirib.