Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-09 11:58:00
Günəş tutulacaq - Bakıdan izləmək mümkün olacaq

2019-cu ildə baş verəcək sonuncu Günəş tutulmasının vaxtı açıqlanıb.

AzEdu.az xəbər verir ki, AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının yaydığı məlumatda qeyd olunub ki, dekabr ayının 26-da Bakı vaxtı ilə saat 06:30-da Günəş tutulması başlanacaq və 12:06-da yekunlaşacaq. 

Bakı şəhəri ərazisində 08:03-dən 08:52-yə qədər üfüqə yaxın yerdə sözügedən təbiət hadisəsini izləmək mümkün olacaq.