Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-09 11:24:00
Peşə– ixtisas seçimi düzgün aparılmalıdır

Oğuz rayonundakı Yaqublu kənd tam orta məktəbdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti, Oğuz Rayon Məşğulluq Mərkəzi və məktəbin birgə təşkilatçılığı ilə “Peşə-ixtisas seçiminin düzgün aparılması gələcəyin təminatıdır” devizi ilə maarifləndirici tədbir keçirilib.

Tədbirdə adıçəkilən qurumların əməkdaşları,  məktəbin müəllim və yuxarı sinif şagirdləri iştirak ediblər.

Oğuz Rayon Məşğulluq Mərkəzinin psixoloqu R.Abidova gənclərin  peşəyönümü tərbiyəsinin təşkili, peşə-ixtisas seçimi və ona təsir edən əsas amillər, seçimdə yol verilən səhvlərdən danışıb.     

Dövlət Məşğulluq Xidmətinin əməkdaşı S.Şəmmədova, Oğuz Rayon Məşğulluq Mərkəzinin direktoru A.Məmmədov və müəllimlər öz çıxışlarında peşəyönümlü ixtisasların üstün cəhətlərindən, hər bir gəncin həyatındakı səmərəsindən söhbət açıblar.      

Tədbirdə şagirdləri maraqlandıran suallar da cavablandırılıb.         

Şagirdlər müxtəlif peşələrə aid şeirlər və aforizmlər səsləndiriblər.