Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-09 11:12:00
Pilot Peşə Təhsil Mərkəzlərinin yerləşdiyi rayonlarda xidmət sahəsində çalışan işçilər üçün təlimlər keçirilib

 20-22 noyabr 2019-cu il tarixlərində pilot Peşə Təhsil Mərkəzlərinin yerləşdiyi rayonlarda fəaliyyət göstərən kiçik və orta sahibkarlıq subyektlərinin inzibati heyəti, 27-29 noyabrda ofisiantlar, 5-6 dekabrda isə mehmanxana qeydiyyatçıları üçün təlimlər təşkil olunub.

AzEdu.az-ın məlumatına görə, təlimin proqram və məzmunu xarici ekspertlərin müşayiəti ilə pilot peşə məktəblərinin təlimçiləri tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi üçün hazırlanmış eyni adlı təlim modulları əsasında hazırlanıb. Təlimlər peşə məktəblərinin təlimçiləri (modulların müəllifləri) tərəfindən həyata keçirilib.

Təlimlər Dövlət Turizm Agentliyi və Avropa İttifaqının maliyyə dəstəyi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) icra etdiyi “Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahəsində duala bənzər peşə təhsili və təlimi (PTT) pilotlarının yaradılması” (ED VET) layihəsi tərəfində təşkil olunub.