Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-09 10:38:00
“Bizə bircə tələbənin də “tapşırılması” üçün zəng olunmayıb” –Rektor

“Son bir ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə hər hansısa tələbənin “tapşırılması” üçün zəng edilməyib”.

AzEdu.az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mestafa Babanlı İctimai Televiziyada yayımlanan “Pressinq” verlişində deyib.

O, universitetdə baş verən özbaşınalıqların artıq geridə qaldığını söyləyib:

““Tapşırıq”  edilsə belə, buna baxılmayacaq. Kim olursa olsun, bunun heç bir fərqi yoxdur.

Cənab  Prezident deyib ki, Azərbaycan gənci savadlı olmalıdır. Bütün tələbələrə eyni münasibət bəslənməlidir. Onlar vətənpərvərlik ruhunda tərbiyə almalıdır.Tələbələr dövlətinə  xidmət etməlidir. Biz də bu prinsiplə iş prosesimizi həyata keçirməyə davam edirik.Ona görə də heç bir təzyiqdən  qorxmuruq”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları