Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-08 15:49:00
Qızılca səbəbindən məktəblər bağlandı

Samoada qızılca səbəbindən məktəblər bağlanıb və ictimai tədbirlərin keçirilməsi qadağan edilib.

AzEdu.az-ın verdiyi məlumata görə, bu barədə Samoanın Səhiyyə Departamentindən bildiriblər.

Departamentin məlumatında deyilir: "Bütün məktəblər (özəl və dövlət), məktəbəqədər təhsil mərkəzləri və uşaq bağçaları növbəti qərara qədər gələn həftənin bazar ertəsi günü, dekbarın 9-u bağlanacaq. Kilsə xidmətləri istisna olmaqla, bütün ictimai tədbirlər növbəti xəbərdarlığaqədər qadağan edilir".

Bildirilir ki, Samoada 9 yoluxma halı qeydə alınıb. (Trend.az)