Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-06 14:40:00
Milli Qəhrəmanın adını daşıyan məktəb ən yaxşı məzun yetişdirənlər arasındadır-Reytinq 

Rayonlar üzrə buraxılış və qəbul imtahanlarının nəticələrinin müqayisəli təhlili göstərir ki, bir çox rayonların məzunlarının buraxılış və qəbul imtahanları üzrə göstəriciləri arasında fərqlər mövcuddur.

AzEdu.az xəbər verir ki, Abituryent jurnalın statistik göstəricilərinə görə istər buraxılış, istərsə də ali məktəblərə qəbul imtahanlarında kənd məktəblərinin məzunlarının nəticələri acınacaqlıdır.

IX və XI siniflər üzrə buraxılış imtahanında şagirdləri yaxşı nəticə göstərən məktəblər sırasında Bakı və Sumqayıt şəhərlərində yerləşən ümumi təhsil müəssisələri üstünlük təşkil edir ki, bunların da bir çoxu liseylərdir. Lakin imtahan göstəriciləri ilə diqqəti ən çox cəlb edən məktəb Biləsuvar rayonunda yerləşən Milli Qəhrəman  Mübariz İbrahimov adına lisey-məktəb kompleksidir. Cənub regionunu təmsil edən məktəblər bütövlükdə buraxılış imtahanlarında zəif nəticə göstərmələrinə baxmayaraq, bu liseyin məzunları ölkə üzrə ən yüksək nəticələrdən birinə nail olmuşlar. Belə ki,   Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziya  birinci, Bakı Türk liseyi (BDU-nun nəzdində, təsisçi Türkiyə Dəyanət Vəqfi) ikinci, Biləsuvar rayonu M. İbrahimov adına Biləsuvar lisey-məktəb kompleksi isə buraxılış imtahanının nəticələrinə görə üçüncü yerdə qərarlaşıb.

 Qeyd edək ki, həmin  lisey-məktəb kompleksində  ötən il  IX sinif üzrə ümumi 59 şagirdin 163.15, XI  sinif üzrə isə 24 şagirdin ortalama balı 89, 52 olmuşdu.

Ayşə Müseyib