Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-06 12:31:00
Bakalavrların qəbul imtahanları da bir mərhələli olsun-Ekspertdən TƏKLİF

“Bu gün təhsildəki problemlərdən vacib təhsilin bir pilləsindən digərinə keçid üçün həyata keçirilən qəbul imtahanlarıdır.İmtahanlar çox çətindir və sadələşdirilməsinə ehtiyac var. Bu istiqamətdə işlərə başlanılıb. Amma düşünürəm ki, hansısa bir otaqda, kiçik heyətlə bu həyata keçirilməməlidir.Çünki həyata keçirilən qəbul imtahanlarında nəyin necə yoxlanıldığı geniş müzakirə olunmalıdır”.

AzEdu.az xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov rəsmi facebook səhifəsində qeyd edib.

Onun sözlərinə görə magistratura imtahanlarının ikinci mərhələsinin ləğv olunması sadələşdirilmə deyil.

“Hal-hazırda magistr imtahanlarının sadələşdirilməsi müzakirə olunur.Xüsusi ilə imtahanın ikinci mərhələsinin, ixtisas bilgilərinin yoxlanılması hissəsinin ləğv edilməsi təklif olunur. Bu düşünürəm ki, effektiv deyil.Gənclərin ilk növbədə Azərbaycanda ali təhsil müəssisələrinin magistraturasına kütləvi şəkildə cəlb olunması üçün imtahanı sadələşdirməkdən məvacib addımlar atılmalıdır.
Magistr təhsili almaq üçün təhsil haqları 50 faiz aşağı salınmalıdır.Magistr təhsilinin məzmunu dəyişməli, keyfiyyəti artırılmalıdır. Hal-hazırda bakalavrdan fərqi yoxdur.Magistrlara işləmək icazəsi verilməlidir.Gənclərimiz xarici ölkələrdə magistr təhsil almağa məhz bu səbəblərdən kütləvi şəkildə gedirlər”.

O bildirib ki, bu dəyişiklik yanlız  universitetlərin plan yerlərini “doldurmaq” məqsədinə xidmət edir.

“Magistr imtahanlarının sadələşdirilməsinin səbəbi son 3 il əvvəl ilə müqayisədə bu pilləyə qəbul olmaq istəyənlərin sayının 50 faiz azalmasıdır. Nəticədə universitetlərin plan yeri boş qalıb. Ona görə də, onlar hansı təklif olur olsun, təki plan yerimiz dolsun prinsipi ilə istənilən təklifi qəbul edirlər. Amma ixtisas imtahanı olmadan qəbul edilmiş magistr keyfiyyətli kadr ola bilməz”

K. Əsədov imtahan modeli ilə bağlı fikirlərini də paylaşıb.

“Fikrimcə, magistraturaya qəbul imtahanı müxtəlif şəkillərdə təşkil oluna bilər.a) I mərhələdə - məntiq -25 test (ixtisasa yaxın məntiq), xarici dil -25 test, ixtisas – 50 test.b) I mərhələdə - xarici dil (oxuma, yazma, danışma), məntiq –test, ixtisas test. c) I mərhələ -xarici dil, ixtisas
Bütün hallarda ixtisas üzrə test tapşırığı, imtahan olmalıdır.Düşünürəm ki, DİM imtahanın birinci mərhələsinin qalmasında ona görə maraqlıdır ki, bu mərhələ ilə bağlı vəsaitlər çap edir və bundan gəlir əldə edir.Ümumiyətlə isə yalnız məntiq, informatika və xarici dil ilə magistr seçimi absurddur. Onda zəhmət olmasa abituriyentləri də elə bir mərhələli, buraxılış imtahanlarının nəticələri əsasında qəbul etsinlər. Yəni abituriyentlər Azərbaycan dili, Riyaziyyat və Xarici dildən imtahan nəticələri əsasında ixtisas seçimi etsinlər. Əgər həqiqətən də məqsəd imtahanları sadələşdirilməkdirsə”-deyə təhsil eksperti sözlərinə əlavə edib.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları