Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-06 13:08:00
“Lada” 8 yaşlı məktəblini piyada keçidində vurdu 

Rusiyanın Sankt-Peterburq şəhərində avtomobilin piyada keçidində uşağı vurma görüntüləri təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.

AzEdu.az xəbər verir ki, insident Krasnoselsk rayonunun Lenin prospektində qeydə alınıb.

Kadrlarda, "Lada" markalı minik avtomobilinin sürətlə hərəkət etdiyini və bu arada qaçaraq piyada keçidindən keçmək istəyən məktəblini vurduğu görülür.

Yerli polisin məlumatına görə, 8 yaşlı uşaq keçidi svetoforun qadağanedici siqnalında keçib.

Bildirilir ki, məktəbli yüngül sıyrıqlarla müayinə olması üçün xəstəxanaya aparılıb.