Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-06 11:08:00
Neft-Kimya Prosesləri İnstitutunda yaradılmış boy maddələrinin təcrübə-sınaq nümunələri hazırlanacaq

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu (NKPİ), Kənd Təssərüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu və AMEA YTP-nin rezidenti İNKOR MMC birgə əməkdaşlıq müqaviləsi imzalayıb.

AMEA-dan AzEdu.az-a bildirilib ki, müqaviləyə əsasən, NKPİ-də yaradılmış gübrələr, pestisidlər və boy maddələrinin təcrübə-sınaq nümunələri hazırlanacaq, üzüm tinglərinin yetişdirilməsində, üzümlüklərin becərilməsində sınaqdan keçiriləcək. Həmçinin NKPİ-nin analitik cihazlarında kimyəvi reagentlərin, üzüm şirələrinin, şərabların analizi təşkil olunacaq.