Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-05 14:25:00
Azərbaycan Universitetinin tələbələri “Zərif sərhədlər” sərgisində olublar

Azərbaycan Universitetinin bir qrup tələbəsi YARAT Müasir İncəsənət Mərkəzində keçirilən “Zərif sərhədlər: İranın görünməyən sərhədlərinə baxış” qrup sərgisi ilə tanış olub.

AzEdu.az xəbər verir ki, tələbələr burada sərgi haqqında qısa mühazirənin ardından 4 qrupa bölünərək yaradıcı tapşırıq icra ediblər. Tapşırıqlar birinci və ikinci mərtəbələrdə sərgilənən əsərlərlə bağlı olub. Birinci mərtəbədə nümayiş olunan əsərlərdə sərhədlərin dəyişkənliklərinin əbədi xarakter daşıdığı vurğulanır, ikinci mərtəbədəki əks mövqeli kompozisiya isə diqqəti fiziki sərhədlərdən kənarda aparılan araşdırmalara yönəldir. Sonda məkan bələdçisi ilə birlikdə yerinə yetirilmiş tapşırıqların müzakirəsi aparılıb.

Sərginin adı pofessor Firuzə Kaşani-Sabetin “Zərif sərhədlər: Qacar İranının azalan əraziləri” adlı essesinin başlığından götürülüb. Ekspozisiyaya müasir rəssamlar Nazgöl Ansariniya, Kamruz Aram, Dadbeh Bassir, Samira Eskandarfar, Qazaleh Hedayat, Samira Hodaei, Gelare Xoşgözaran, Robin Mandel, Əli Momeni, Timo Nasseri, Jalə Nesari, Navid Nur, Leyla Pazuki, Sara Rəhbər, Neda Razavipur və XIX əsrdə yaşayıb-yaradan rəssam Mirzə Qədim İrəvaninin əsərləri daxildir. Sərgi, sərhəd anlayışını qeyri-sabit, dəyişkən kimi nəzərdən keçirir, İran və onunla qonşu olan ölkələrin kontekstində sərhədlər dilemmasını araşdırır.