Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-05 13:38:00
“Sedimentologiyanın əsasları” kitabının təqdimatı olub

 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ Elektron Kitab Evində “Sedimentologiyanın (litologiyanın) əsasları” kitabının təqdimat mərasimi keçirilib.ADNSU-dan AzEdu.az-a bildiriblər ki, Əməkdar geoloq, geologiya-mineralogiya elmləri doktoru, professor Çingiz Xəlifəzadənin müəllifi olduğu kitab dörd hissədən ibarətdir. Nəşr ali məktəblərin geologiya və geofizika ixtisasları üçün nəzərdə tutulub.

Professor və müəllimlərin, tələbələrin iştirak etdikləri mərasimdə AZİİ Elektron Kitab Evinin direktoru Səlahət Mahmudova kitab evinin fəaliyyəti barədə məlumat verib, təqdim olunan nəşrin əhəmiyyətindən danışıb.

Universitetin geoloji kəşfiyyat fakültəsinin dekanı Naməd Paşayev, faydalı qazıntı yataqları kafedrasının müəllimləri, dosentlər Ağamehdi Ağayev, İbrahim Məmmədov, Qamət Hüseynov çıxış edərək kitabla bağlı fikirlərini bölüşüblər.

Yeni nəşrin bir neçə nüsxəsi Azİİ Elektron Kitab Evinə verilib.