Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-05 11:29:00
Almaniyada təhsil almaq asanlaşdı-Şagirdlər üçün sərfəli şans  

Frankfurt (Oder)-də yerləşən Viadrina Avropa Universiteti (Europa-Universität Viadrina) orta məktəbi bitirən şagirdlərin universitetə birbaşa qəbulunu təmin etmək üçün “Viadrina Fast Track” proqramını təqdim edir.

AzEdu.az xəbər verir ki, orta məktəbi bitirən şagirdlər bu proqram vasitəsilə Mədəniyyətşünaslıq yaxud İqtisadiyyat ixtisası üzrə bakalavr təhsilinə başlaya bilərlər. Bundan əlavə şagirdlərə təhsilin ilk ilində aylıq 750 Euro DAAD təqaüdü veriləcək.

Proqramda iştirak tam ödənişsizdir.

“Viadrina Fast Track” proqramına son müraciət tarixi 13 yanvar 2020-cı ildir.

Qeyd edək ki, ətraflı məlumat üçün aşağıda göstərilən linkə daxil ola bilərsiniz:

 www.europa-uni.de/viadrinafasttrack

Günel Yaşarqızı
Müəllifin digər yazıları