Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-13 23:57:00
Bitkoin qarşılığında ölkə vətəndaşlığı satılır

Sakit okeanının cənub-qərb hissəsində yerləşən Vanuatu ada dövləti vətəndaşlığın əldə edilməsi proqramı üzrə ödənişlər zamanı ödəniş qismində Bitcoin rəqəmsal valyutasını qəbul edir. Bu dövlətin pasportunu əldə etmək üçün 200 min dollar yatırım etmək lazım gələcək.

AZEdu.az  banker.az-a istinadən xəbər verir ki, cari məzənnə ilə Vanuatu vətəndaşlığını 41,2 BTC (1 BTC = $4853,86) ilə əldə etmək olar.

Bu tarixdə vətəndaşlığın əldə edilməsi proqramı üzrə kriptovalyuta ilə ödəniş etməyə rəsmən icazə verildiyi ilk haldır.

Maraqlıdır ki, ada dövlətdə ölkə vətəndaşlarına Böyük Britaniya, Avropa İttifaqı ölkələri də daxil olmaqla 113 ölkəyə rahatlıqla səfər etməyə imkan verən visasız rejim mövcuddur.