Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-04 12:01:00
Şagirdlərimiz dünya qiymətləndirilməsində daha yüksək nəticə qazanacaqlar – Əsaslı səbəb

Azərbaycan gələcək illərdə də PİSA proqramında iştirak edəcək. Bu, çox vacibdir

AzEdu.az xəbər verir ki, bu sözləri Təhsil Nazirinin müşaviri Elnur Məmmədov bu gün PİSA (Programme for International Student Assessment) - Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramının 2018-ci il üzrə nəticələri və beynəlxalq ikili diplom proqramlarına həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycan əvvəlki illərdə PİSA-da iştirak etməyib:

“15 yaşlı uşaqlar arasında keçirilən bu qiymətləndirmə olduqca vacibdir. Hazırda Çin bu istiqamətdə lider olsa da, ölkəmiz növbəti illərdə yüksək nəticə əldə edəcək”.

Mətbuat konfransında həmçinin beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələri, ixtisas proqramları və təhsil səviyyələrinin seçim meyarları media nümayəndələrinin nəzərinə çatdırılıb. Daha sonra proqramın maliyyələşdirilməsi qaydaları barədə məlumat verilib.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları