Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-04 11:32:00
İkili diplom proqramları yalnız bu sahələr üzrə aparılır –Nazirlik rəsmisi

İkilidiplom proqramı bir sıra sahələr üzrə maraq doğurur

AzEdu.az xəbər verir ki, bu sözləri Təhsil Nazirliyi Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdir müavini Tural Əhmədov bu gün PİSA (Programme for International Student Assessment) - Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramının 2018-ci il üzrə nəticələri və beynəlxalq ikili diplom proqramlarına həsr olunan mətbuat konfransında deyib.

O bildirib ki, ikili diplom proqramlarını həyata keçirən bir çox ali təhsil müəssisələri var:

“İkili diplom proqramı kənd təsərrüfatı, tibb, informasiya kommunikasiya texnologiyaları, mühəndislik və neft-qaz sahələri üzrədir. Bu ixtisaslar üzrə təhsil alan tələbələr sonda ikili diplom əldə edirlər”.

Mətbuat konfransında həmçinin beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş universitetlərinin, ixtisas proqramları və təhsil səviyyələrinin seçim meyarları media nümayəndələrinin nəzərinə çatdırılıb, Proqramın maliyyələşdirilməsi qaydaları barədə məlumat verilib.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları