Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-04 12:32:00
Küçə itləri məktəbli uşağa hücum etdi

Rusiyanın Kamçatka diyarının Vilyuçin şəhərində küçə itləri 11 yaşlı məktəbli uşağa hücum edib. Baş verən hadisənin görüntüləri sosial şəbəkələrdə paylaşılıb.

AzEdu.az-ın məlumatına görə, bu barədə “Kam-24” xəbər verib.

Kadrlardan görünür ki, uşaq itlərdən qaçmağa cəhd etsə də, onlar qızı yerə yıxırlar. Uşağı yoldan keçənlər xilas edib.

Zərərçəkənin anası uşağın əynində papaqlı qalın gödəkçə olduğu üçün ciddi xəsarət almadığını bildirib.

Qeyd edək ki, hadisədən sonra yerli ovçular küçə itlərindən bəzilərini güllələyiblər.(oxu.az)