Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-04 11:02:00
Yaponiyalı magistr institutda təcrübəyə başlayıb

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunda Yaponiyanın  Osaka Prefektura Universitetinin “Fizika və Elektronika” fakültəsinin Ali mühəndislik məktəbinin magistrantı Ryota Kitano Bakı Dövlət Universitetinin (BDU) Fizika Problemləri  Elmi Tədqiqat İnstitutunda (ETİ) ezamiyyətdədir. 

Səfər müddətində  yaponiyalı magistr  Ryota Kitano bəzi yeni materialların optik xassələrinin öyrənilməsi və onların zona quruluşlarının hesablanması ilə məşğul olacaq. Optik xassələrin öyrənilməsi istiqamətində olan bütün təcrübi tədqiqat işləri  AMEA Fizika İnstitutunun İnnovasiya sektorundakı  müasir cihazlar vasitəsi ilə yerinə yetiriləcək. Zona quruluşunun hesablanması istiqamətində olan işlər isə həm BDU-nun Fizika Problemləri ETİ-nin əməkdaşları, həm də  AMEA Fizika İnstitutunun əməkdaşları ilə birgə yerinə yetiriləcək.