Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-04 10:41:00
TikTok istifadəçilərin məlumatlarını satır? – Amerikalı tələbədən şok iddia

TikTok sosial şəbəkə istifadəçilərin razılığı olmadan şəxsi məlumatları reklam və mənfəət naminə satmaqda ittiham olunur.

AzEdu.az xəbər verir ki, amerikalı tələbə Misti Honq "istifadəçi məlumatlarının gizliliyini pozaraq şəxsi məlumatların Çinə satılması" iddiası ilə “TikTok”a qarşı  məhkəmə iddiası qaldırıb.

"TikTok"u məhkəməyə verən universitet tələbəsi tətbiqi yükləyib hesab açmadığı halda paylaşmadığı videolarını şirkətin gizli əldə etdiyini iddia edir.