Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-04 10:21:00
Universitet müəllimi - Şəhid atası vəfat etdi

Sumqayıt Dövlət Universitetinin dosenti vəfat edib.
AzEdu.az xəbər verir ki, Sumqayıt Dövlət Universitetinin Tarix və coğrafiya fakültəsinin Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının dosenti Bəhram Məmmədli dekabrın 2-də vəfat edib.
Bəhram İdris oğlu Məmmədli 1946-cı ildə Füzuli rayonunun Böyük Pirəhmədli kəndində qulluqçu ailəsində anadan olub. 1966-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil olub. 1970-ci ildən 1981-ci ilə kimi pedaqoji fəaliyyətlə məşğul olub. 1981-ci ildə Füzuli rayon Tarix -diyarşünaslıq muzeyinin müdiri işləyib, 1986-cı ildə Azərbaycan Elmlər Akademiyasının Tarix institutunda “Azərbaycanda kəndlilərin maddi rifah halının və mədəni-texniki səviyyəsinin yüksəldilməsi uğrunda mübarizə 30-cu illərdə” mövzusunda dissertasiya işini müdafiə edərək, tarix elmləri namizədi elmi dərəcəsini alıb. 20-dən çox elmi məqalə və kitabın müəllifidir.
2003-ci ildən Sumqayıt Dövlət Universitetində Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının dosenti vəzifəsində işləyib, 2017-ci ildə Prezident İlham Əliyevin 2017-ci il noyabrın 12-də verdiyi sərəncamla “Əməkdar müəllim” fəxri adına layiq görülüb.
Ailəli idi, dörd övladı var. Övladlarından biri şəhid olub.
Allah rəhmət eləsin!