Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-04 10:00:00
BMU-nun əməkdaşı beynəlxalq konqresdə

Bakı Mühəndislik Universitetinin (BMU) Ümumi fənlər kafedrasının müdiri, t.ü.f.d., dosent Bilal Dədəyev İranın paytaxtı Tehran şəhərində keçirilən “İranda və İslam dünyasında tibbin tarixi” adlı  II Beynəlxalq Konqresdə iştirak edib.

AzEdu.az xəbər verir ki, Tehran Tibb Elmləri Universitetinin təşkilatçılığı ilə gerçəkləşən konqresdə B.Dədəyev “Osmanlı dövlətində azərbaycanlı təbiblər (XV-XVI əsrlərdə)” adlı məruzə ilə çıxış edib. O, araşdırmasında 10 azərbaycanlı təbib haqqında arxiv və orta əsrlər dövrünün mənbələri əsasında ətraflı məlumatlar verib.

Qeyd edək ki, beynəlxalq tədbirdə bir çox xarici ölkələrin nümayəndələri də iştirak edib. Konqresə daxil olan məruzələr elmi toplu şəklində nəşr ediləcək.