Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-03 17:39:00
Doktorantura imtahanlarında dəyişiklik – Bunu artıq DİM edəcək

Yüksəkixtisaslı elmi və elmi-peda­qoji kadrların hazırlan­ma­sı məqsədilə ali təhsilin ən yüksək səviyyəsi olan dok­to­ranturaya qəbulda bir sıra dəyişiklər edilib.  

Ötən illər fəlsəfə, xarici dil və ixtisas imtahanları müvafiq ali təhsil müəssisələri  tərəfindən aparılırdı. 

Nazirlər Kabinetinin 2019 –cu il 13 noyabr tarixli  443 nömrəli Qərarına əsasən xarici dil imtahanını artıq Dövlət İmtahan Mərkəzi keçirəcək.

DİM-dən AzEdu.az-a verilən məlumata görə xarici dil üzrə imtahanın məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası və keçid balı Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, DİM tərəfindən müəyyənləşdiriləcək və ictimaiyyətə məlumat veriləcək.

 Qeyd edək ki, doktoranturada əyani təhsil müddəti 4 il, qiyabi 5 il, dissertantlıq yolu ilə 5 ildir.

Ayşə Müseyib