Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-03 16:10:00
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri  Abşeron rayonunda vətəndaşları qəbul edəcək

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə dekabrın 10-da Abşeron rayonunda vətəndaşlarla görüş keçirəcək.

AzEdu.az xəbər verir ki, qəbulda Abşeron, Sumqayıt, Xızı, Siyəzən şəhər (rayon) sakinləri və bu şəhərlərdə (rayonlarda) məskunlaşmış Qubadlı, Zəngilan, Şuşadan olan məcburi köçkünlər də iştirak edə bilərlər.

Qəbul saat 10.00-da Xırdalan şəhəri Heydər Əliyev Mərkəzində (ünvan: H.Əliyev parkı) keçiriləcəkdir.

Qəbula gəlmək istəyən vətəndaşların DİM-in internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri http://eservices.dim.gov.az/sedrinqebulu/) xahiş olunur.

Bundan əlavə, qəbula yazılmaq istəyən vətəndaşlar Abşeron, Sumqayıt, Xızı, Siyəzən Rayon Təhsil Şöbələrinə də müraciət edə bilərlər.

Qeyd edək ki, qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.