Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-03 15:32:00
Gənc müəllim kəşf etdiyi riyazi həlletmə üsullarını AzEdu.az-la bölüşdü – Tam fərqli metodlar

“Dəfələrlə tapdığım düsturlar  olub ki,  onları sonradan riyaziyyat  kitablarında görmüşəm”.

Bu sözləri AzEdu.az-a açıqlamasında Bakı şəhər 261 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Famil Ağayev deyib.

Belə ki, o, riyaziyyat fənnini şagirdlərə daha yaxşı mənimsətmək üçün fərqli üsullar tapıb.

Bu üsullar vasitəsi ilə şagirdlər bölmə əməliyyatını daha asan şəkildə həyata keçirə biləcəklər.

“Bu ideya məndə şagird vaxtından formalaşıb. Sadəcə olaraq, formal mühit lazımdır. Yalnız, çox çalışaraq, məqsədə doğru irəliləmək mümkündür”.

Famil müəllim, tapdığı üsullardan birini bizimlə bölüşüb.

“Bu kəşflərimdən biri də   19-a rahat şəkildə bölünməni həyata keçirir.Belə ki,ədədin son rəqəmlərindən faydalanaraq, onları 2-yə vurub əvvəlki hissə ilə toplayırıq. Məsələn, 798.8×2=16 79+16=95.19 95-ə bölündüyü ücün 798 ədədi də 19-a bülünür”.

O,  bu tip ideyaların onda uzun müddət ərzində formalaşdığını deyib.

“Bu tip ideyalarla sagird olduğum zamanlarda da  çox məşğul olmuşam.

Hətta, dəfələrlə tapdığım düsturlar  olub ki,  onları sonradan riyaziyyat  kitablarında görmüşəm.

Metodiki olaraq, öz mənimsətmə üsullarım var. Həm müasir, hem ənənəvi  təhsildən faydalanaraq, dərs keçməyə çalışıram.

Riyaziyyatı daha yaxşı mənimsətmək ücün sagirdlərdə nəzəri bilikləri formalaşdırdıqdan sonra paraktiki tetbiqləri də öyrətmək lazımdır. Lakin müasir metodika daha çox praktikaya deyil, əzbər sisteminə üstünlük verdiyi üçün  sagirdlər  həll etdikləri məsələlərə  uyğun çalışmaların cavabını tapa bilirlər. Nəzəri bilik zəif olduğundan tetbiq sahəsi mehdud olur, lakin tətbiqi və praktiki üsulları da genişləndirmək lazımdır.

Bütün mövzular üzrə hər kəsin xüsusi metodikası ola bilər. Mən də öz metodikamdan faydalanıram. Dərsliklər ve özəl nəşriyyatların materiallarını araşdırıb uzlaşdırmaq lazımdır.

Bir sözlə hər bir müəllim araşdırıb müasir üsulları tətbiq etməlidir”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları