Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-03 14:38:00
Universitetlərdə hərbi kafedralar bərpa olunmalıdır- Təklif  

 

“Hərbi dərslər peşəkar və vətənpərvərlik  ruhu verilərək keçirilməli və   hərbi kafedralar  bərpa olunmalıdır”.

Bu sözləri AzEdu.az-a açıqlamasında Tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova deyib.

O, hərbi dərslərin əhəmiyyətindən danışaraq, onun vacibliyini qeyd edib.

“Şagird olduğum zaman  bizə  tədris olunan hərbi dərsdən çox   çəkinirdik. Müəllimimiz son dərəcədə tələbkar, qiymət məsələsində isə prinspial idi. Biz  hərbi  dərsdə  əleyhqazdan istifadə edir və koloşnikov avtomatını saniyələr içərisində yığırdıq. Dərs zamanı bizə vaxt qoyulurdu və  o müddət ərzində isə  bir sıra manevrləri yerinə yetirməli idik.

Mən müəllim kimi məktəbdə dərs dediyim zamanlar  görürdüm ki,  hərbi fənn   sovet dönəmində olduğu kimi   tədris olunmur. Bu çox önəmli məsələdir. Hərbi hazırlıq məsələsi  vətənpərvərlik məfhumunu bizə  dönə-dönə xatırlatmalıdır. Hərbi hazırlıq o deməkdir ki,  hər an təhlükə ola bilər. Həmin vaxt isə biz hazır olmalıyıq. Bu ilk növbədə müdafiə xarakteri daşımalıdır. Mən hesab edirəm ki,  sovet dönəmində  keçirilən professional hərbi hazırlıq dərsinə  mövcud ideologiya  əsasında yanaşırdılar.

Bizim  müstəqil və gənc dövlətimiz üçün təhlükə hələ də sovuşmayıb  və  davam etməkdədir. Bu, bizdən asılı olan məsələ deyil. Ona görə də    hərbi hazırlıq dərslərimiz   vətənpərvərlik məfhumu ilə uzlaşmalıdır.

Bu məsələ Təhsil Nazirliyində  geniş müzakirə edilməlidir. Hərbi kafedralar yenidən bərpa olunmalıdır. Hazırda ali məktəblərdə həmin kafedralar ləğv edilib və hərbi avadanlıqlarda mövcud deyil. Hərbi  fənn hazırda məktəblərdə sırf dərs xatirinə keçirilir, lakin  bu metod dəyişməlidir. Xüsusən də  müharibə şəraitində yaşayan bir ölkə üçün bu son dərəcədə vacib məsələdir. Hər an sınaqla qarşılaşa  və dövlətçiliyimizi itirə bilərik. Dünyada   təhlükə artdıqca bizim kimi gənc  ölkələr üçün daha da pis vəziyyət alır.

Hərbi dərslər peşəkar və vətənpərvərlik  ruhu verilərək keçirilməli və   hərbi kafedralar  bərpa olunmalıdır”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları