Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-03 13:25:00
Rektor zəhərlənən tələbələrlə bağlı açıqlama verdi

Noyabrın 21-də Bakı Dövlət Universitetinin (BDU) 3 tələbəsinin zəhərlənməsinin onlara universitet tərəfindən verilən ödənişsiz "yemək" kartı, eləcə də universitetin yeməkxanası ilə heç bir əlaqəsi yoxdur.

AzEdu.az-ın məlumatına görə, bunu Universitetin rektoru Elçin Babayev deyib.

O, zəhərlənmənin tələbələrin həmin kartla universitetin yataqxanasından aldığı yeməyin qəbulu nəticəsində baş verdiyini inkar edib: "Birmənalı olaraq, bunu inkar edirəm. İstintaq nəticəsində hər şey aydın olacaq. Mən özüm də universitetin yeməkxanasında yemək yeyirəm. Hər şey yüksək səviyyədədir, yataqxananın məhsulları da keyfiyyətlidir. Bunları biri-biri ilə əlaqələndirmək qərəzlidir".

E.Babayev bu gün iki tələbənin zəhərlənməsi barədə məlumatlara da münasibət bildirərək qeyd edib ki, bu hadisə tələbə yataqxanasında deyil, onların kirayə yaşadıqları evdə baş verib: "Məsələləri şişirtmək lazım deyil. Çünki, bu, hamı üçün psixoloji təsirdir. Onlardan biri bizim, digəri isə başqa universitetin tələbəsidir''.