Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-03 13:10:00
Təhsil eksperti: “Direktor və rektor əvəzinə təhsil ocağının imicini qorumalıyıq”

 

“Cəmiyyət olaraq direktorun, rektorun deyil, təhsil ocağının imicini qorumalıyıq”.

AzEdu.az xəbər verir ki, bu sözləri İctimai Şuranın sədri, professor Şahlar Əsgərov deyib.

Professor bildirib ki, məktəb-valideyn münasibətlərində hər kəsin direktoru müdafiə etməsi yanlışdır.

“Cəmiyyət təhsil fəlsəfəsini düzgün başa düşmür.  Əslində biz direktorun, rektorun deyil, məktəb və universitetin imicini qorumalıyıq. Amma biz əksinə edirik: Rektorları, direktorları müdafiə edirik. Direktor dəyər deyil, məktəb dəyərdi. Müəllimi dəyişmək olur, amma məktəbi yox. Şura olaraq bu məsələlərdə məktəbin imicini qorumağı rəhbər tutacağıq”.

Qeyd edək ki, bu gün Azərbaycan Texniki Universitetində Təhsil Nazirliyi yanında İctimai şuranın Fəaliyyət Planınn təqdimatına həsr olunmuş mətbuat konfransı keçirilib. Konfransda İctimai şuranın rəhbərliyi və üzvləri, təhsil ekspertləri, KİV nümayəndələri iştirak edib. 

Ayşə Müseyib