Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-03 12:22:00
İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları beynəlxalq seminarda iştirak ediblər

Yunanıstanın paytaxtı Afinada “EaPConnect” və GARR layihəsi çərçivəsində 5-ci “SIG-CISS” (Bulud interaktiv proqram dəstəkləri) seminarı keçirilib. Tədbirdə ölkəmizi AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun baş mütəxəssisi Oqtay Ələkbərov və “AzScienceNet”in əməkdaşı Orxan Mənsimzadə təmsil ediblər.

İnstitutdan AzEdu.az-a bildirilib ki, seminarda CS3-CİSS sisteminə daxil olan “OpenStack”, “Sync‘n Share”, “SaaS”, “İnfrastruktur” xidmətlərindən səmərəli istifadə haqqında məlumat verilib və bu xidmətlərdə meydana çıxan problemlər göstərilib.

Seminarda Azərbaycan, Belarus, Gürcüstan, Moldova və digər ölkələrin milli tədqiqat və təhsil şəbəkələrinin rəhbərləri iştirak ediblər.

Tədbirin əsas məqsədi “EaPConnect”ə üzv olan dövlətlərin qarşısında duran çətinlikləri, problemləri, onların aradan qaldırılması yollarını müzakirə etmək və üzv təşkilatlara informasiya və ekspert dəstəyinin göstərilməsi, praktiki tövsiyələrin verilməsi olub.

Xatırladaq ki, Avropanın Elm və Təhsil Şəbəkələri Assosiasiyasının (GEANT) təşəbbüsü və koordinasiyası ilə həyata keçirilən “EaPConnect” layihəsi Şərq Tərəfdaşlığı ölkələrini (Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna və s.) əhatə edən elektron elm infrastrukturunun yaradılması və bu ölkələrdə fəaliyyət göstərən tədqiqat və təhsil müəssisələrində milyonlara alim, müəllim heyəti və tələbənin yüksəksürətli, genişzolaqlı internet şəbəkəsinə asanlıqla çıxışının təmin edilməsini nəzərdə tutur.