Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-03 12:17:00
Bakı Dövlət Universiteti  halı pisləşən tələbələrlə bağlı məlumat YAYDI

Bakı Dövlət Universitetinin yataqxanasında iki tələbə qızın vəziyyətinin pisləşməsi ilə bağlı yazılanlar həiqəti əks etdirmir.

Bakı Dövlət Universitetinin mətbuat xidmətindən AzEdu.az-a verilən məlumata görə hadisə Bakı Dövlət Universitetinin yataqxanasında deyil, tələbə qızların kirayədə qaldıqları mənzildə baş verib.

Bildirilib ki, xalaqızları olan tələbələrdən biri Bakı Dövlət Universitetinin, digəri isə başqa universitetin tələbəsidir. İlkin diaqnoz mədə-bağıraqil iltibahıdır. Tələbələrin vəziyyəti qənaətbəxşdir.