Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-03 12:59:00
İsrailli alimlər Fizika İnstitutunda

Bakı Dövlət Universitetinin  (BDU)  rektoru  Elçin Babayev, İsrailin İnnovativ Texnologiyalar Qrupu MMC-nin  (İTG) prezidenti Michael Frenkel və Mark İsrael Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)  Fizika İnstitutunda olublar.  Görüşdə  üçtərəfli əməkdaşlıq imkanları müzakirə edilib.

BDU-nun rektoru  E.Babayev  İTG ilə əməkdaşlıq imkanlarından danışaraq bildirib ki, ilk növbədə kadr çatışmazlığı məsələsini həll etmək lazımdır. O,  qarşılıqlı kadr mübadiləsi, birgə təcrübə proqramlarının zəruriliyindən danışıb. E.Babayev təhsil sahəsində BDU-da hər cür şəraitin yaradıldılmasına hazır olduğunu qeyd edib. Fizika İnstitutunda isə elmi təcrübənin olduğunu vurğulayıb.  Buna görə effektiv nəticə əldə etmək üçün İsrail nümayəndə heyətinin konkret strateji təkliflər təqdim etməsinin vacib olduğunu bildirib.

İnstitutun direktoru, akademik Nazim Məmmədov birgə əməkdaşlığa  hazır olduqlarını söyləyib, tələbələrin tədqiqat proseslərinə qoşulmasının zəruriliyindən danışıb. N.Məmmədov Fizika İnstitutunda aparılan tədqiqatlardan, günəş elementlərindən, günəş enerjisindən, istifadə  üsullarından və s.bəhs edib. İnstitutda optik, ellipsometirya  və s. kimi sahələrin  yüksək inkişaf etdiyini, həmçinin, institutda fəaliyyət göstərən magistratura pilləsindən, burada tədris olunan fənnlərdən bəhs edib.

İTG-nin prezidenti Michael Frenkel Fizika İnstitutunun nəzəri fizika sahəsində təcrübəsinə  əsaslanaraq, tətbiqi fizika sahəsində əməkdaşlığın mümkünliyindən danışıb. M.Frenkel bildirib ki, bu istiqamətdə əməkdaşlıq yaranarsa, yüksək nəticələr əldə etmək olar.

Daha sonra qonaqlar Fizika İnstitutunun İnnovasiya sektorunda mövcud olan müasir maddi-texniki baza ilə də tanış olublar.