Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-03 11:23:00
BDU-nun daha iki qız tələbəsinin vəziyyəti AĞIRLAŞDI

Bakı Dövlət Universitetinin (BDU) yataqxanasında iki tələbənin vəziyyəti pisləşib.

Səhiyyə Nazirliyindən (SN) AzEdu.az-a verilən məlumata görə, tələbələrin səhhətinin pisləşməsi barədə məlumat təcili yardıma saat 08:15-də daxil olub:

“Yasamal rayonu Zahid Xəlilov küçəsi 54 ünvanına gələn həkim briqadası gastroenterit ehtimalı ilə (mədə soyuqlaması, sulu ishal, qarın krampları, mədə bulantısı və qusma ilə xarakterizə edilən infeksiya) 20 yaşlı iki tələbə qızı Klinik Tibbi Mərkəzə çatdırıb. Xəstəxanaya çatdırılan qızlardan birində təzyiq yüksək digərində aşağı olub. İlkin diaqnoz mədə-bağırsaq iltihabıdır”.

Rəsmi məlumata görə, hazırda vəziyyətləri nisbi-qənaətbəxşdir.