XƏBƏRLƏR

02.12.2019 16:44
Bakıda gənc müəllimi küçədə bıçaqladılar

Bakıda gənc bıçaqlanıb.

AzEdu.az xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib.

 Bakı şəhər sakini, Suraxanı rayonu 131 saylı orta məktəbin idman müəllimi, 1996-cı il təvəllüdlü Əhmədov Çingiz Vaqif oğlu gecə saatlarında Xətai rayonu, Babək prospekti 23/47 ünvanında tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

Yaralı 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Faktla bağlı cinayət işi başlanıb. (Trend.az)

İlin gənc müəllimi-Müraciət formu