Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-02 16:26:00
Gənc müəllimlərlə görüş 

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının üzvləri ilə 13 bölgənin gənc müəllimlərinin görüşü keçirilib.

AzEdu.az xəbər verir ki, görüşdə Şəmkir, Gədəbəy, Daşkəsən, Ağstafa, Qazax, Tovuz, Samux, Göygöl, Goranboy, Kəlbəcər, Xocalı rayonları və Gəncə, Naftalan şəhərlərindən olan ümumilikdə 300-dən çox gənc müəllim iştirak edib.

Görüşün məqsədi gənc müəllimləri Azərbaycan Gənc Müəllimlər Assosiasiyası, onun fəaliyyət istiqamətləri və müəllimlərin birgə əməyinə töhfəsi haqqında məlumatlandırmaqdır.

Görüşdə gənc müəllimlər arasında  qarşılıqlı əlaqələrin formalaşması istiqamətində fikir mübadiləsi aparılıb və onların təklifləri dinlənilib.