Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-02 14:47:00
Bu universitetimiz  şəhər kənarına köçürülür, möhtəşəm şəhərcik salınır –Sahibi danışdı  

Xəzər Universiteti başqa binaya köçürülür.

AzEdu.az xəbər verir ki, bu barədə universitetin təsisçisi Hamlet İsaxanlı məlumat verib.

Bildirilib ki, Bakının Buzovna qəsəbəsində salınacaq universitet şəhərciyinin tikinti işlərinə başlanılıb:

“İşlər gedir, müəyyən abadlaşdırma tədbirləri həyata keçirilir: ərazidə ağaclar əkilir, hasar çəkilir, quyular qazılır və s. Universitetin Buzovnaya, yəni şəhər mərkəzindən kənara köçürülməsinin effektiv nəticəsi şəhərciyin salınması olacaq. Beləliklə, yataqxanalar, laboratoriyalar, idman zalları və ümumiyyətlə universitet şəhərciyində olması lazım olan hər şey olacaq”.

Məlumata əsasən, şəhərcik 30-40 binadan ibarət olacaq və Xəzər Universitetinin bütün tələbələri həmin şəhərciyə köçürüləcək.

Qeyd edək ki, köçürülmənin tarixi ilə bağlı hələki dəqiq məlumat yoxdur.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları