Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-02 14:13:00
BDU tələbələri ilə görüş

Bakı Dövlət Universitetində (BDU)  Prezident yanında Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ)  sədri Faiq Məmmədovun tələbələrlə görüşü keçirilib.

BDU Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə baş tutan görüşdə Fərid Cəfərov Gənclər Fondu tərəfindən həyata keçirilən layihələr barədə məlumat verib. O,  ənənəvi qrant müsabiqələri, layihələrin maliyyəşdirilməsi,  təhsil proqramları, startap ideyalarına dəstəyin göstərilməsi, gənclərin xaricdə təcrübə proqramları və beynəlxalq tədbirlərdə iştirakları üçün həyata keçirilən qrant layihələri haqqında danışıb. Bölgələrdə fəaliyyət göstərən gənclərin inkişaf və karyera mərkəzlərinin fəaliyyətindən bəhs edən Fərid Cəfərov, eyni zamanda, tələbələrə Gənclər Fondu və Asan Xidmətin birgə “Gənclik” layihəsi, “Gənc könüllü” proqramı haqqında da məlumat verib.

ATGT-nin sədri Faiq Məmmədov çıxışında  dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində Tələbə Gənclər təşkilatlarının fəaliyyətindən danışıb, respublikanın ictimai-siyasi, mədəni, sosial, iqtisadi həyatında onları fəal iştirak etməyə dəvət edib. 

Görüş tələbələri maraqlandıran sualların cavablandırılması və təkliflər ətrafında müzakirələrin aparılması ilə başa çatıb.