Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-02 12:59:00
Tanınmış alimdən müraciət: Kitablarını satır, çünki...

 

"Oğurlanmış Albaniya: xristian tariximizin məbədlər və abidələri" adlı kitab üzərində işləmək istəyirəm. Çünki qarşımda arxiv sənədləri və nadir kitablar var ki, onları almaq üçün pula ehtiyacım var”

Bu sözləri sosial şəbəkə hesabında siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev bildirib. O, kitablarını satmaq məcburiyyətində olduğunu da vurğulayıb:

“Çox çətin zamandır, kitab nəşr edəndən sonra onu satmağa məcburuq. Bu zehnimizə az da olsa qiymət vermək üçündür. Mən “Erməni kilsəsi və terror. Erməni tarixindən Ermənistan dövlətinə qədər" kitabımı satmaqla xaricdə arxivlərdə olan digər sənədləri almaq istəyirəm. Kitabları satmağa məcburam. Kim almaq istəsə 0502682244 nömrəsi ilə əlaqə saxlasın. Kitaba qiymət qoymuram. Kimin gücü nəyə çatdı o qiymətə də satacam. İmkanı olmayana da hədiyyə edə bilərəm. Öncədən təşəkkür edirəm. Bir kitab almaqla sizlər növbəti elmi tədqiqatlar üçün maddi dəstək göstərmiş olursunuz”.

Zaur Əliyev  qarşısına qoyduğu hədəflərdən də söz açıb:

"Oğurlanmış Albaniya: xristian tariximizin məbədlər və abidələri" adlı kitab üzərində işləmək istəyirəm. Çünki qarşımda arxiv sənədləri və nadir kitablar var ki, onları almaq üçün pula ehtiyacım var. Hədəfimdə   Alban tarixi və erməni terror ilə bağlı xeyli sənədlər var.  Arxiv sənədləri bahadır. Bunu satmaqla onlar üçün pul toplamaq istəyirəm. Maaşım isə kifayət etmir ki, onları öz hesabıma alım. Sizlər bir kitab almaqla ermənilər barədə bir arxiv sənədinin alınmasına töhfə verə bilirsiz”.

Günel Yaşarqızı
Müəllifin digər yazıları