Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-02 09:11:00
Qanda şəkərin səviyyəsini müəyyənləşdirən eynək yaradılıb

Braziliya və ABŞ-dan olan bir qrup alim göz yaşına əsasən qandakı şəkərin səviyyəsini, həmçinin alkoqol və vitaminlərin dərəcəsini müəyyən edən eynək hazırlayıblar.

Aksessuara kimyəvi və bioloji reaksiyaları ölçmək üçün göz yaşı ilə təmasa girməyi kifayət edən xüsusi ötürücülər quraşdırılıb.
RİA-nın məlumatına görə, eynək analizdən sonra əldə etdiyi məlumatları kompüter və ya smartfona ötürür.

Hazırda şəkərli diabetdən əziyyət çəkən şəxslərin sayı 380 milyon civarındadır. Şəkərin qanda səviyyəsini müəyyən etmək üçün qlükometrdən istifadə olunur. Lakin, o, barmağın iynə ilə deşilməsi hesabına işləyir ki, bu da infeksiya riskini artırır.